Elektrik mühəndisi

İşin təsviri

Elektrik mühəndisi

Funksiyaları

 Elektron avadanlığın düzgün texniki istismarını, fasiləsiz yüksək məhsuldarlıq işini təmin edir.
 perspektiv, illik planların, iş, texniki xidmət, avadanlığın təmiri cədvəllərinin, onların istismarının yaxşılaşdırılması, zay məhsulun və boşdayanmanın qarşısının alınması, işin keyfiyyətinin artırılması, hesablama texnikasından səmərəli istifadə tədbirlərinin işlənib hazırlanmasında iştirak edir.
 avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparır və onları təmir edir.
 Elektron texnikasına texniki xidmət edir; onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasını təmin edir.
 Təsdiq olunmuş sənədlərə uyğun olaraq təmir işlərini vaxtında və keyfiyyətlə aparılması tədbirlərini görür.
 Avadanlığın təmir və sınaq işlərinin aparılmasına, onun təlimatlara uyğun istismar olunmasına nəzarət edir. Elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində iştirak edir.
 Avadanlığın istifadə olunmasının uçotunu aparır və göstəricilərini təhlil edir, onun iş rejimini və istismar olunması şərtlərini öyrənir, elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlayır. Avadanlığa və onun ehtiyat hissələrinə sifarişləri, təmir aparılması üçün texniki sənədləri və iş üzrə hesabatlan tərtib edir. Elektron texnikasının vaxtında ehtiyat hissələri və materialları ilə təmin edilməsinə nəzarət edir, radioelektron aparatlarının mühafizəsini təşkil edir.

Səlahiyyətləri

- Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək (bilavasitə rəhbəri və ya idarəetmə orqanları tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa).
Məsuliyyəti Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və lokal korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır.

Vəzifəyə olan tələblər

 Təhsil: Ali ixtisas təhsili.
 Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı.
 Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.
 İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər

 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
 Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir;

Bilməlidir

 Elektron-hesablama maşınlarının istismarı və təmirinə aid rəhbər və normativ sənədləri;
 avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, texniki istismar qaydalarını;
 məlumatın mexaniki emal edilməsi texnologiyasını;
 təmir xidmətinin təşkilini;
 elektron hesablama texnikasının istismarını və texniki xidməti üzrə qabaqcıl təcrübəni;
 avadanlığın ehtiyat hissələrinin təmirinin aparılmasını; əməyin və istehsalatın təşkilinin
 əsaslarını;
 əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından
 mühafizənin norma və qaydalarını.

Namizədlər cv-ləri [email protected] email ünvanına mövzuya vəzifənin adını yazılmaqla göndərə bilər.