Xəzinədarlıq üzrə operator

İşin təsviri

Xəzinədarlıq üzrə Mühasib (Xanım namizədlərə üstünlük veriləcəkdir)

MKT-İK MMC (Pambıq müəssisəsi) Xəzinədarlıq üzrə Mühasib vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

1. Ödəniş və hesablamalar üçün tələb olunan ilkin sənədlərin yoxlanılması (EQ, EVH, Hesab faktura, YGB, Müqavilə, Üzləşmə aktı və.s);
2. Bank və kassa əməliyyatları üçün ödəniş tapşırığı, konvertasiya blankı, kassa mədaxil-məxaric orderi və kassa kitabının tərtib olunması;
3. Bank hesablarının çıxarışlara uyğun 1C proqramı ilə izlənilməsi;
4. Kassa qalıqlarının izlənilməsi (kassa sayım aktına əsasən);
5. Avans ödənişlərinin (valyuta) YGB və xidmət aktına əsasən bağlanması.

Tələblər

• Ali təhsil ( Mühasibat uçotu ixtisası arzu olunandır);
• Mühasibat uçotunun ilkin bilikləri.
• Bank və kassa əməliyyatlarının icrasında minimum 1ildən çox iş təcrübəsi.
• MS Office (Word, Excel, Power point), 1C bilikləri;
• Ödəniş və hesablaşmalar üçün tələb olunan ilkin sənədlərlə )EQ, EVH, Hesab faktura, YGB, Müqavilə, Üzləşmə aktı və.s) işləmək bacarığı;

İş qrafiki: 5 günlük, I – V 09:30-18:30,

Müraciət qaydaları:

CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Xəzinədarlıq üzrə Mühasib ” yazmaqla müraciət edilir.