Mühasib

İşin təsviri

Workplace Interiors LLC “Mühasib” vəzifəsinə namizəd axtarır.

Workplace İnteriors LLC, dünyanın qabaqcıl istehsalçılarından ofis / otel / konfrans mebelləri, işıqlandırma, döşəmə, tavan və divar bölmələrini təchiz edir.

Mühasib vəzifəsinin tələbləri

İşin təsviri:

- Bank və kassa əməliyyatların aparılması
- Avans (təhtəl-hesab şəxslər üzrə) hesabatların aparılması
- Idarəetmə (maliyyə uçotunun) bilməsi (burada Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatların aparılması nəzərdə tutulur);
- Vergi orqanlarına, Dövlət Statistika Komitəsi və digər dövlət orqanlarına hesabatların və məlumatların hazırlanması və təqdim olunması
- Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələrin hazırlanması;
- Bank kreditlərin və bank zəmanətlərin alınmasına dair sənədləşmənin aparılması
- Mal-material, əsas vəsaitlərin və digər əmlakları üzrə uçotun aparılması
- Bank, kassa, təh-təl hesab şəxslər üzrə və digər təsərrüfat əməliyyatların və məlumatların 1c mühasibatlıq proqramına daxil edilməsini təmin etmək;
- Pul vəsaitlərinin, əmtəə - maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabalarında əks etdirmək;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Baş mühasib və rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra etmək.

Namizədə tələblər:

- Ali təhsilli (Mühasibatlıq sahəsində)
- 3 il sahə üzrə iş təcrübəsi
- 1C mühasibatlıq proqramını tam bilməli
- Excel proqramında işləmə bacarığı
- Bank-kassa sənədlərilə işləmə qabiliyyəti
- İnzibati və kommersiya xərclərinin uçotunu apara bilməli
- Fakturaların yoxlanılması və firmalarla üzləşdirmə bacarığı
- Rus və ingilis dillərin bilməsi arzuolunandır

Şirkət təklif edir:

- Karyera yüksəlişi imkanları
- Özünü inkişaf etdirmək imkanı

CV-nizi [email protected] ünvanına məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində “Accountant”, kopiyada [email protected][email protected] qeyd edib göndərməyiniz xahiş olunur.

Workplace Interiors LLC tərəfindən digər vakansiyalar