Vergi üzrə Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
  • Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin alınması, yoxlanması, üzləşdirilməsi və aktlaşdırılıb təsdiqlənməsini həyata keçirmək;
  • Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, hesabatın hazırlanıb təqdim edilməsi.
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi.
  • Bank ödənişlərinin icra edilməsi və bank hesabatlılığı,
  • Bütün növ əməliyyatların 1C Proqramına işlənməsinin təmin edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə azı 2-3 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi  üzrə biliklərin olması;
  • Maliyyə uçotu beynəlxalq standartları üzrə lazımi biliklərə malik olmaq;
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • E-gov.az,e-taxes.gov.az,stat.gov.az dövlət platformalarında işləmək bacarığı;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığının olması;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • Yaş: 25-45;
  • Kompüter bilikləri: MS Office və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;

İş şəraiti:

  • İş günləri:Həftənin beş günü
  • İş saatı 9:00 -dan 18:00 -dək,
  • Əmək haqqı: NET 1400 AZN

Uğyun namizədlərdən müraciət üçün CV-nizi mözvu yerinə “Vergi üzrə Mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.