Elektrik Mühəndisi

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 17.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elektrik Mühəndisi

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla, bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Tələblər:

▪ Ali təhsil(müvafiq sahədə- elektrik mühəndisi ixtisası üzrə olması üstünlükdür);
▪ Analoji sahədə minimum 5 il iş təcrübəsi;
▪ Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablamaqaydasının bilməli;
▪ Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
▪ Elektrik sxemlərini tərtib etmək bacarığı;
▪ Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
▪ Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
▪ Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat(Sənəd) arzuolunandır;
▪ Kompyuter bilikləri - MS ofice, Word, Excell, Autocad proqramlarını mükəmməl bilmək;
▪ Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür.
▪ İşgüzar və məsuliyyətli olmalı;
▪ Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

▪ Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
▪ Layihələrdə təmir-tikinti işlərinə nəzarət, elektrik və havalandırma işlərinin düzgün təşkil edilməsi;
▪ Bina və tikililərin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
▪ Elektrik yükünün hesablanması;
▪ Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
▪ Havalandırma, isitmə-soyutma kimi mexaniki sistemlər üzrə iş təcrübəsi;
▪ Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xəttlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;
▪ Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
▪ Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;

Tələblərə uyğun namizədlər [email protected] ünvanına daxil olaraq “Elektrik mühəndisi” başlığı ilə müraciət edə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.

İşəgötürənin reytinqi