Aparıcı Proqramçı

  • eManat
  • Elanın qoyulma tarixi: 12.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə adı: Aparıcı Proqramçı

İş şəraiti :

1. Ofis daxili.(09:00 - 18:00)
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı – Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
4. İş rejimi: Həftənin 5 günü tam, 6-cı gün aylıq növbəli iş
5. Tibbi sığorta.

Namizədə qoyulan tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
• Proqramlaşdırma bilikləri üzrə:

Əsas tələb olunur: C#, .NET, MVC, HTML, JavaScript, XML, CSS, JSON

• Verilənlər bazası: MS SQL, PG SQL ;
• Versiyaya nəzarət sistemləri ilə iş təcrübəsi (TFS, GİT və ya başqaları) ;
• OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
• Proqramlaşdırma və alqoritm qurma bacarığı;
• Analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Başqasının kodundan baş çıxarmaq bacarığı;
• Komanda şəklində işləmə bacarığı;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;

Vəzifə öhdəlikləri:

• Texniki sənədlərə əsasən proqram təminatının yazılması
• Terminal interfeysinin tərtibi və işə salınması (HTML, JavaScript)
• Müəssisənin avtomatlaşdırılması üçün daxili proqram təminatının dəstəklənməsi və inkişafı (.NET, MVC, MS SQL, PG SQL)
• Ödəmə sisteminə yeni xidmətlərin qoşulması və ödənişlərin yoxlanması üçün müvafiq alətlərin yazılması.( C#, .NET, JavaScript, HTML, CSS, JSON,)
• Terminalda Web Interfeysinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi.

Əmək haqqı 1500-2200 AZN

Maraqlanan şəxslərdən xahiş olunur öz CV-lərinizi [email protected] adlı email ünvanına göndərəsiniz. Göndərilən CV-lərdə mövzu adı yerində “Aparıcı proqramçı“ yazılmalıdır.

İşəgötürənin reytinqi