Smeta üzrə mütəxəssis

İşin təsviri

SR Construction

Smeta üzrə mütəxəssis

Namizədə tələblər

• Ali təhsil (müvafiq sahədə)
• Azərbaycan, Rus dili biliyi
• 28-40 yaş həddi
• Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmamaq şərtilə (tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək)
• Kompüter bilikləri (1 C 7.7/8.3 UPP)
• Analitik düşünmə qabiliyyətinə malik olmalı, diqqətli, gərginliyə davamlı

Vəzifələr

• Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması;
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması.
• İnşaat materiallarının qiymətlərinin bazar qiymətlərinə uyğunluğunun yoxlanılması.
• İnşaat və təmir işlərinin smetasının optimal şəkildə tərtib edilməsi.
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması.
• İşin texniki və iqtisadi tərəfdən əsaslandırılması.

Bilməlidir

• Tikinti materiallarının növləri və xüsusiyyətlərini
• Tikinti texnologiyasını,tikinti norma və qaydalarını, material sərfi normalarını.
• Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını
• Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər