Satıcı

  • Karaca
  • Elanın qoyulma tarixi: 02.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SATICI 

• Əlaqədar şəxs İnsan Resursları
• Telefon   (077) 324-25-15
• E-mail     [email protected]

İş barədə məlumat

- İş günü həftədə 6 gün, istirahət qrafik əsasında
- İş saatı 10:00-dan 21:00-dək ( 1 növbəli) , 09.00-19.00,12:00-dan 22:00-dək (2 növbəli) magazadan asili olaraq dəyişəcəkdir
- Əmək haqqı 450 manat + bonus
- Müştəriləri gülərüzlə qarşılamaq, onlara mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək
- Mağazaya daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun məhsullar haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olub bundan sonra da müştəri müraciət etdiyi halda satış prosesini davam etmək və prosesi başa çatdırmaq
- Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək
- Müştərinin məhsul ilə əlaqədar suallarını ətraflı cavablandırmaq üçün təşkil edilən təlimlərdə aktiv iştirak edərək, verilən təlimatları öyrənərək özünü inkişaf etdirmək, məhsul biliyini və satış texnikasını tam mənimsəmək
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər verilmək, alış üçün seçim variantları təklif etmək
- İş yerində mehriban və qayğıkeş atmosfer yaratmaq, komanda işi nümayiş etdirmək

Namizədə tələblər

- Tam orta və ya orta-ixtisas
- Satış sahəsində minimum 2 il iş təcrübəsinin olması şərtdir
- Yaş: 25-40
- Cins: qadın
- Səliqəli xarici görünüş, nəzakətli danışıq
- Yüksək təşəbbüskarlıq və dinamik işə meyillik, aktivlik, yüksək dərəcədə inandırmaq qabilliyyəti və səbrlilik
- Rus dilndə orta səviyyədə danışıq
- Komanda şəklində işləmək bacarığı
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Müştərini əldə etmək, müştərilər tərəfindən gələn etirazları səbrlə dinləmək, qarşılamaq və onları məmnun etmək bacarığı