Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 01.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Xalq Həyat” Sığorta Şirkəti ASC

Vəzifə: Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər

• Mövcud fərdi müştərilərlə əlaqələri genişləndirmək;
• Yeni fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
• Müqavilələrin hazırlanmasını təmin etmək və müştərilərə təqdim etmək;
• Debitorlarla işə və onların ödənişinə nəzarət etmək;
• Fərdi satışların həcminin artırılması üzrə işləri təşkil etmək;
• Fərdi Sığorta bazarını izləmək və təhlilini aparmaq;
• Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .

Tələblər

• Ali təhsil;
• Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
• Sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).

CV-lərinizi, mövzu hissəsində “Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi