Satış təmsilçisi

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 26.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Satış təmsilçisi

Vəzifə öhdəlikləri:

• Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
• Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
• Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
• Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
• Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər:

 Ali Təhsilli
 Müvafiq sahə və topdan satış üzrə 2-3 il iş təcrübəsi;
 Təşkilati və analitik bacarıqlar;

İş şərtləri:

 Əmək haqqı: 300 AZN fiks və əlavə satışdan bonus. Ortalama 1000-1800 AZN əmək haqqı.
 Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
 Regionlara və Bakı şəhərinə tələb olunur.
 Regionlarda ezamiyyət xərcləri və qalmaq yeri ilə təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.