Baş Aqronom və Bitkiçilik Fermasının Meneceri

  • Agro Fresh LLC
  • Elanın qoyulma tarixi: 18.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BAŞ AQRONOM VƏ BİTKİÇİLİK FERMASININ MENECERİ

Şirkət haqqında

“Agro Fresh” MMC, Azərbaycanda kənd təsərrüfatı layihələrini həyata keçirmək məqsədi ilə yaradılmış gənc şirkətdir.

Şirkət hal hazırda Ağsuda özünün ilk layihəsi olan müasir südçülük fermasının yaradılması istiqamətində işləri davam etdirir. İnteqrasiya edilmiş ferma (“Ferma”) bir birinə bitişik süd ferması (“Süd ferması”) və bitkiçilik fermasından (“Bitkiçilik ferması”) ibarətdir. Bitkiçilik fermasında 2020-ci ilin may ayında artıq əkinə başlanması planlaşdırılır.

500 hektar sahədə yerləşən Əkinçilik fermasının əsas məqsədi Süd fermasında istifadə ediləcək yemin istehsalı üçün xammal təmin etməkdir. Bitkiçilik fermasında becəriləcək əsas məhsul qarğıdalı olacaqdır, soya isə növbəli əkin üçün becəriləcəkdir. Fermada müasir kənd təsərrüfatı texnologiyalarından, suvarma sistemindən (mərkəzi pivot sistemi) və texnikadan istifadə ediləcəkdir.

Vəzifə: Baş Aqronom və Bitkiçilik Fermasının Meneceri

İş yeri: Ağsu Rayonu (6 ay)/Bakı (6 ay) və ya daimi Ağsu rayonu

Maaş: Bilik və təcrübədən asılı olaraq yüksək maaş və əlavə olaraq Ağsu rayonunda yaşayış yeri təmin ediləcək.

İş rejimi: tam ştat

İşin xülasəsi

Baş Aqronom və Bitkiçilik Fermasının meneceri Bitkiçilik fermasını, onun işçi heyətini və ferma istehsalının və fəaliyyətinin bütün mərhələlərini, o cümlədən torpağın hazırlanması, əkin, kimyəvi maddələrin tətbiqi, suvarma, gübrə tətbiqi, zərərvericilərlə mübarizə və məhsul yığımını idarə edəcəkdir. O, Şirkətin direktoruna tabe olacaq.

İş vəzifələri

Baş Aqronom ve Bitkiçilik Fermasının Meneceri aşağıdakı vəzifələri yerinə yetirəcəkdir:

- Bitkiçilik Fermasını (xüsusilə aqronomik məsələləri) və onun 20 nəfərədək işçi heyətini idarə etmək;
- Uyğun mexaniki avadanlıqların və kənd təsərrüfatı məhsullarının (toxum, gübrələr, kimyəvi maddələr, yanacaq və s.) müəyyən edilməsi və satın alınması;
- İşçi heyətinin seçilməsi və işə qəbulu;
- Ferma istehsalının və fəaliyyətinin bütün mərhələlərinin, o cümlədən torpağın hazırlanması, əkin, kimyəvi maddələrin tətbiqi, suvarma, gübrə tətbiqi, zərərvericilərlə mübarizə və məhsul yığımının idarə edilməsi;
- Məhsuldarlıq və məhsuldarlığın idarə olunmasını yaxşılaşdırmaq üçün strategiyaların yaradılması;
- Ətraf mühit şəraitini, hava şəraitini, bazar amillərini və bitki becərilməsində önəmli olan digər amillərin daim nəzarətdə saxlanması;
- Məhsul istehsalı, xərcləri və digər əlaqəli məlumatlar haqqında hesabatların hazırlanması, təhlil edilməsi və saxlanması;
- Qarğıdalının məhsuldarlığı barədə proqnozların verilməsi;
- Suvarma sisteminin idarə olunması (mərkəzi pivot sistemi);
- Bütün avadanlıq və texnikanın lazımi vəziyyətdə saxlanmasına nəzarət edilməsi;
- İşçi heyəti tərəfindən keyfiyyət və təhlükəsizlik qaydalarına əməl edilməsinin təmin edilməsi.

Təhsil/təcrübə/bacarıqlar

- Aqronomiya, kənd təsərrüfatında idarəetmə və ya əlaqəli sahədə ali təhsil (xarici dərəcə və ya təhsil arzuolunandır);
- Oxşar vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
- Qarğıdalı becərmə təcrübəsi olan namizədlərə üstünlük verilir (ancaq məcburi deyil);
- İngilis dili biliyi arzuolunandır;
- Kompüter biliyi.

Müraciət qaydası

Tələblərə cavab verən namizədlərdən CV-lərini (Azərbaycan, İngilis və ya Rus dillərində) 1 dekabr 2019-cu il tarixinədək [email protected] elektron poçtuna göndərmələri xahiş olunur. Gözlənilən maaş e-mail-də və ya CV-də göstərilməlidir. Son tarixdən sonra təqdim olunan müraciətlərə baxılmayacaq.

Seçilmiş namizədlərlə müsahibə təyin etmək məqsədi ilə 6 dekabr 2019-cu il tarixinə qədər əlaqə saxlanılacaq.

Təklif alan namizədin işə ən qısa müddətdə başlayacağı gözlənilir.

 

ГЛАВНЫЙ АГРОНОМ И МЕНЕДЖЕР РАСТЕНИЕВОДЧЕСКОЙ ФЕРМЫ

О компании

ООО «Agro Fresh» - молодая компания, созданная с целью реализации сельскохозяйственных проектов в Азербайджане.

В настоящее время компания осуществляет свой первый проект - современную интегрированную молочную ферму в Агсу («Интегрированная ферма»), которая должна начать посадку в мае 2020 года. Интегрированная ферма будет состоять из самой молочной фермы («Молочная ферма») и растениеводческой фермы («Растениеводческая ферма»), расположенных рядом друг с другом.

Растениеводческая ферма территорией в 500 Га будет поставлять сырье для производства кормов для Молочной фермы. Основной культурой, выращиваемой на ферме, будет кукуруза, в то время как соя будет выращиваться, как ротационная культура. Ферма будет использовать современные сельскохозяйственные технологии, ирригационную систему (центр-пивоты) и технику.

Должность: Главный Агроном и Менеджер Растениеводческой Фермы

Место работы: Агсу (6 месяцев)/Баку (6 месяцев) или постоянно в Агсу

Оклад: высокая зарплата в зависимости от сочетания образования и опыта, плюс проживание в Агсу.

Режим: полная ставка

О работе

Главный Агроном и Менеджер Растениеводческой Фермы будет управлять Растениеводческой фермой и персоналом, а также всеми этапами производства и эксплуатации фермы, включая, подготовку почвы, посадку, химическую обработку, орошение, внесение удобрений, борьбу с вредителями и сбор урожая. Он/она будет подчиняться директору Компании.

Должностные обязанности

Главный Агроном и Менеджер Растениеводческой Фермы будет выполнять следующие обязанности:

- Управление Растениеводческой фермой (особенно агрономические аспекты) и персоналом до 20 человек;
- Закупка механического оборудования и сельскохозяйственного сырья (семена, удобрения, химикаты, топливо и т.д.);
- Подбор персонала;
- Управление всеми этапами производства и эксплуатации фермы, включая подготовку почвы, посадку, химическую обработку, ирригацию, удобрение, борьбу с вредителями и сбор урожая;
- Создание стратегий для улучшения урожайности и управления урожаем;
- Мониторинг условий окружающей среды, погодных условий, рыночных факторов и других вопросов, имеющих значение для выращивания сельскохозяйственных культур;
- Ведение, анализ и отчетность по урожайности, расходам и другим связанным данным;
- Прогнозирование урожая кукурузы;
- Управление системой орошения (центр-пивоты);
- Управление обслуживанием всего оборудования и техники;
- Обеспечение соблюдения персоналом требований к качеству и безопасности.

Образование/опыт/навыки

- Высшее образование в области агрономии, управления сельским хозяйством или в связанных областях (иностранная степень или учеба предпочтительны);
- Не менее 5 лет опыта в аналогичной роли;
- Опыт в выращивании кукурузы является предпочтительным, но не обязательным;
- Желательно знание английского;
- Компьютерная грамотность.

Порядок обращения

Кандидаты, отвечающие требованиям, должны отправить свои резюме (на азербайджанском, английском или русском) на электронную почту [email protected] до 1 декабря 2019 года. Ожидаемая зарплата должна быть указана в мейле или резюме. Заявки, поданные после указанного срока, рассматриваться не будут.

Мы свяжемся с отобранными кандидатами до 6 декабря 2019 года, чтобы назначить собеседование.

Ожидается, что отобранный кандидат начнет работу как можно скорее.

Agro Fresh LLC tərəfindən digər vakansiyalar