Anbardar

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 17.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Anbardar

Vəzifə öhdəlikləri:

 İstehsal sahələrindən hazır məhsulların anbara yerləşdirilməsini təmin etmək;
 Hazır məhsulların maşınlara yoxlayaraq barkod sisteminə əsasən yüklənməsini təmin etmək;
 Anbar sayımlarının aparılmasını təmin etmək;
 Tabeçiliyində olan fəhlələrin işini idarə etmək;
 Anbar müdirinə hesabatlar təqdim etmək.

Namizədə tələblər:

 Ali təhsilli;
 Aidiyyatı sahədə 3-4 il iş təcrübəsi;
 Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 Yüksək idarəetmə qabiliyyəti;
 Analiz etmə bacarığı;
 Dəqiqlik və diqqətlilik;
 Word, Exel, proqramlarından istifadə bacarığı;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Əməkdaşın bilik və bacarığına əsasən müəyyən ediləcək;
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Anbardar” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.