Mühasib

  • Mauve
  • Elanın qoyulma tarixi: 13.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

Namizədə tələblər:

- Müəssisədə anbar uçotun qurulması və mal material inventarizasiyasının aparılmasında təcrübə.
- Minimum 3 illik iş təcrübəsi
- Maliyyə təhsili
- İngilis, Azərbaycan və Rus dillərini bilmək
- 1C, Excel, Word mühasibat proqramı
- 1C proqramı üzrə yüksək biliklər və onu tədbiq etmək təcrübəsi (1C üzrə sertifikatın olması
üstünlükdür).
- Yaxşı ünsiyyət bacarıqları, şifahi və yazılı

Vəzifə öhdəlikləri:

- Əsas vəsaitlərə, mal materiala, təsərrüfat və maliyyə fəaliyyətinin nəticələrinə nəzarət
- Mühasibat və idarəetmə uçotu əməliyyatları üzrə üzləşmə
- Elektron hesab-fakturalar, vergi hesab-fakturaları və ödəmə fakturalarını təqdim etmək;
- Bu sənədlərin 1 C proqramında qeyd edilməsi.
- Mal və materialların anbarda, sənəddə və proqram təminatında uyğunluğuna nəzarət
- İlkin sənədləri qəbul edərkən - nəticələrin hesablanmasının düzgünlüyü, hesabatlara əlavə edilmiş sənədlərin mövcudluğu, hesabat ayının əvvəlində və sonunda maddi varlıq qalıqlarının uyğunluğu, daxil olan və silinən xərclər üçün qiymətlərin düzgün tətbiqi.
- Sənədləşmənin aparılması - balans hesabatları, maddi aktivlər uçotu haqqında hesabatın tərtib edilməsi.
- Mal və materialların inventarlaşdırılması üçün məlumatların verilməsi.
- Mal və materialların hərəkətinə dair ilkin uçot sənədlərinin hazırlanması və qəbul edilməsi.
- Anbarlarda və maddi məsul şəxslərdə dəyərlərin mövcudluğuna nəzarət yoxlamasının aparılması.
- Planlaşdırılmış və planlaşdırılmamış inventarizasiya iştirak etmək.
- İstifadə üçün təhvil verilmiş mal və materialların təhlükəsizliyi və məsuliyyəti məsələlərində maddi məsul şəxslərə təlimat verir.
- Aralıq və illik hesabatların hazırlanmasında iştirak etmək.
- Hesabların idarə edilməsi (AZN, USD, EURO, GBP)
- Tabeçiliyində olduğu menecerlər üçün həftəlik gəlir / nəticə hesabatı, baş ofisə aylıq hesabat
- Maliyyə təhlükəsizliyini qorumaq.
- Menecerlərinin nəzarəti altında ödəniş prosedurları və bank əməliyyatları, zəruri sənədlərin istehsalı
- Mühasibat uçotu
- Müqavilələrə baxış (hüquqşünasın köməyi ilə)
- Vergi, pensiya fondları, statistika ilə bağlı bütün hesabatların hazırlanması (aylıq, rüblük və illik).

CV formalarınızı 14.12.2019-cu il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərsiz.