İcbari Sığorta Bürosu (İSB) çağrı mərkəzinə operator vəzifəsinə işçi axtarır. Ali təhsilli namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi 30 noyabrdır.
Namizədə dair tələblər:
- Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
- Komandada işləmək, qərar qəbul etmək bacarığı və stress şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı;
- Aydın səlis nitq olmalı;
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
- Yaş həddi 19-25 namizədlər;
- Orta səviyyədə İngilis və Rus dili olmalı;
İşin təsviri:
- Növbəli şəkildə Çağrı mərkəzinə 7/24 daxil olan bütün zənglərin cavablandırılması
- Əməkhaqqı 400 AZN (gross) təşkil edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.11.2018-cı il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Telefon: 012 595 00 20 (135)