Aparıcı mühasib

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 06.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Aparıcı mühasib” vakansiyası üzrə əməkdaş axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

- Məhsulun maya dəyərinin hesablanması;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi;
- Ödəmə mənbəyindən vergi hesablanması və tutulmasını tələb edən əməliyyatların işlənməsi;
- Bank əməliyyatlarının aparılması;
- Şirkətlərlə üzləşmələrin aparılması, təhtəlhesabların yoxlanılması;
- Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi;
- İnventarizasiyasının aparılmasında iştirak edilməsi;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, -məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirilməsi.

Seçim meyarları:

İş təcrübəsi: İstehsalat sferasında minimum 3 il
Təhsili/ixtisası: Ali iqtisadi təhsil
Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramını bilməsi əlavə üstünlükdür
Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi
İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Aparıcı muhasib" başlığı altında [email protected] ünvanına göndərmələri xahiş olunur