Mühasib
İşin təsviri
• Müəssisənin maliyyə uçotunun qanunvericiliyə uyğun təşkili;
• Vergi, Statistika, DSMF, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
• Mühasibat (maliyyə) hesabatlarının təyin edilmiş müddətdə təqdim edilməsi;
• Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabatın hazırlanması;
• Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
• Daxili nəzarət (audit);
• Vergi risklərinin hesablanması və rəhbərliyə təqdim olunması;
• Müvafiq dövlət orqanları ilə əlaqə;
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 3 il təcrübə;
• MS Office (xüsusilə MS Excel);
• Vergi qanunvericiliyi ilə tanışlıq;
• Xarici dil (ingilis, rus) biliyi olanlara üstünlük verilir;
• Komandada işləmə bacarığı;
• Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq namizədlər;
İş şəraiti:
• İş yeri Sumqayıtda yerləşir;
• Həftəlik 5 iş günü;
• Nahar və nəqliyyat ilə təmin edilmə;
• AR Əmək Məcəlləsinə əsasən əmək münasibətləri;
• Əmək haqqı - 1200 AZN.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun başlıq hissəsində “Mühasib” sözünün qeyd olunması xahiş olunur.