Satınalmalar üzrə aparıcı mütəxəssis (Tədarükçü seçimi üzrə)

İşin təsviri

Satınalmalar üzrə aparıcı mütəxəssis (Tədarükçü seçimi üzrə)

Agro Food İnvestments şirkəti "Satınalmalar üzrə aparıcı mütəxəssis (Tədarükçü seçimi üzrə)" vakansiyası elan edir.

Tələblər.

• Ali təhsil (texniki ve iqtisadi sahələrə üstünlük verilir)
• Satınalma sahəsi üzrə ən azı 3 il iş təcrübəsi. Tədarükçülərin idarə olunması üzrə minimum 1 il iş təcrübəsi.
• Azərbaycan dili səlis, İngilis dili yaxşı bilməlidir. Rus dilini bilməsi arzu olunandır.
• Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint); ERP sistemlərin hər hansı birində işləmək bacarığı. 1C arzuolunandır.
• Satınalma sənədlərini hazırlama qabiliyyəti;
• Yüksək səviyyədə ünsiyyət qurma bacarığı.
• Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
• Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;

Vəzifələri

• Tədarükçü İdarə olunması ilə bağlı qaydaların hazırlanması.
• Şirkətlərin PQ- dən keçirilməsi və prosesə nəzarətin olunması.
• ¬Şirkətlərin Post qualificationun aparılması və nəzarətin olunması.
• Mütəmadi bazar araşdırılmasının aparılması
• Təsdiqolunmuş Tədarükçü Bazasının hazırlanması.
• Şirkətlərin performans müqayisələrinə uyğun reytinqinin hazırlanması.
• Proqram təminatına Şirkətlərin əlavə olunmasını həyata keçirmək və mütəmadi nəzarətin aparılması.
• Şirkətlərlə görüşlərin keçirilməsi.
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Komanda ilə işləmə bacarığı.

Son müraciət tarixi: 30.11.2019

Maraqlanan şəxslər CV-lərini [email protected] e-mail ünvanına məktub mövzsunda "Satınalmalar üzrə aparıcı mütəxəssis (Tədarükçü seçimi üzrə)" göstərilməklə göndərə bilərlər.