AFB Bank Korporativ Bankçılıq Strukturuna Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis/ Aparıcı mütəxəssi/ Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Bank sahəsində ən az 2-3 il iş təcrübəsi (Müştəri xidmətləri, korporativ satış, marketinq strukturlarında);
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (ingilis, rus dili biliyi arzu olunandır);
• Ünsiyyətqurma, problemləri həll etmə və komandada işləmək bacarığı;
• MS office proqramlarında işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• Potensial müştərilərin müəyyənləşdirilməsi;
• Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabatların hazırlanması;
• Korporativ müştərilərə məhsul və xidmətlərin satışında müştəri xidməti strukturlarına yaxından köməklik göstərilməsi;
• Mütəmadi olaraq korporativ müştərilərlə görüşlər və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
• Müştəri ziyarətlərinin həyata keçirilməsi və lazım olduğu halda iri korporativ müştərilərlə bank rəhbərliyinin görüşünün təşkil olunması;
• Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və kredit komissiyasına çıxarılmasını təmin etmək;
• Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni aparmaq, o cümlədən ipoteka, zəmanət və s. müqavilələri rəsmiləşdirmək;
• Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi;
• Kredit portfelinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar hazırlamaq;
• Çarpaz satış imkanlarının araşdırılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.