Mühasib

İşin təsviri

Varidat Məsləhət Şirkəti MMC

Mühasib

Zəruri tələblər:

• Ali təhsilli (İqtisadiyyat, maliyyə və mühasibatlıq)
• Azərbaycan dilini səlis bilməli
• e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
• Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, BTP, 1C 7.7)
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
• Kollektivdə komanda ilə işləmə bacarığı
• Minimum 1 il iş stajı

Arzu olunan tələblər:

• Rus dili bilikləri
Vəzifələr:
• Mühasibatlıq əməliyyatlarının 1C 7.7 sisteminə daxil edilməsi
• Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi
• Əmək haqqlarının hesablanması
• Vergi uçotunun hazırlanması, vergi bəyannamələri və hesabatların hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
• DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və təqdim edilməsi

Əməkhaqqı: Başlanğıc üçün 300 AZN həmçinin işin həcmindən asılı olaraq mükafat təyin olunacaqdır.
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək , Şənbə günü saat 10:00-dan 15:00-dək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “mühasib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.