İşəgötürən: “Varidat Consulting” MMC
“Hüquqşünas” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
 Hüquqi sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi;
 Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
 Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
 Struktur bölmələrin iş fəaliyyətində meydana çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
 Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
 Protokolların aparılması, hazırlanması;
 Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
 Məhkəmədə və digər orqanlarda şirkətin adından çıxış edilməsi;
 Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
Davranış səriştələri:
 Analitik düşüncə qabiliyyəti
 Detallara diqqət
 Qərar vermə
 Yazı qabiliyyəti
 Fikrini səlis şəkildə ifadə etmək
Vakant vəzifə üzrə tələblər:
 Ali hüquqi təhsil;
 Azərbaycan dilində mükəmməl yazmaq, oxumaq və səlis nitq bacarığının olması, Rus dili və İngilis dili biliyi üstünlükdür;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
 Hüquq sahəsində minimum 3 illik iş təcrübəsi.
Əmək haqqı: Əmək haqqı razılaşma əsasında namizədin nəzəri biliyinə və aidiyyatı sahə üzrə təcrübəsinə əsasən müəyyən olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
QEYD: Məktubun “mövzu” hissəsində müraciət edilən vəzifə adının “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir əks təqdirdə, müraciət diqqətdən yayına bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.