Satış Təmsilçisi (Tibb sahəsi)

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 21.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış Təmsilçisi (Tibb sahəsi)

Vəzifə öhdəlikləri:

• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
• Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanması;
• Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
• Satış aksiyaları və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq

Tələblər:

• Ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir);
• Xanım və bəy namizədlər
• Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan);
• Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material, tibbi xidmətlər. və s.);
• MS Office proqramlarını bilən;
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
• Karyerasını satış sahəsində qurmaq istəyi olan;
• Biznes etikası və biznes görünüşə sahib olan;
• Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən;
• Analitik düşünmə qabliyyəti olan;
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan;
• Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;

Müraciət:

e-mail: [email protected] ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz.

 

İşəgötürənin reytinqi