Texniki Servis Mərkəzinin Koordinatoru

İşin təsviri

Texniki Servis Mərkəzinin Koordinatoru

Altair barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:

http://www.altair.az/ və ya https://www.facebook.com/altair.technologies/ ; https://www.facebook.com/AltairBusiness/

VƏZIFƏ ÖHDƏLIKLƏRI:

• Servisə daxil olan zəng, mail sorğularını qəbul etmək,
• Daxil olmuş sorğulara uyğun daxil olmuş avadanlıq sahibinə müvafiq Qəbul aktını tərtib edib təqdim etmək,
• Daxil olmuş avadanlığın ilkin diaqnostika qiymətləri barədə məlumat vermək, ondan sonra müştəridən yerində razılıq alıb avadanlığı servisə qbul etmək,
• Daxil olmuş avadanlığı təmiri üçün sistemdə kart açmaq və Servis Rəhbəri tərəfindən diaqnostika üçün mühəndisin təyini təmin etmək,
• Diaqnostika üçün təyin olunmuş mühəndisdən problemin aşkarlanması müddətini dəqiqləşdirib müştəriyə bildirmək,
• Diaqnostika yekununda Diaqnostikanı icra edən mühəndis tərəfindən Qüsur aktını doldurmasını təmin etmək, müəyyən olunmuş təmir diqməyti və müddətini müştəriyə bildirmək. Müştəridən təsdiq almaq, ödəmə almaq, təmir üçün Servis rəhbəri tərəfindən mühəndis təyinini təmin etmək,
• Təmir olunmuş avadanlığın müştəri tərəfindən təhvil almasını və ödənişin qəbulunu təmin etmək,
• Təmirdən sonra 3 dəfə qeyd olunan zaman aralığı ilə müştəridən avadanlığı saz olması barədə məlumat almaq,
• Bütün bu prossesləri müvafiq proqramda qeyd etmək və sənədlərin qaydasında olmasını təmin etmək,
• Köçürməli olan ödənişlərin mühasib sənədinin yazılması və ödənilməsini təmin etmək, izləmək, həll etmək,
• Bütün görülən işlər haqda tərtib olunan aktların scan edilib arxivləşməsi.

NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:

Emosional Bacarıqlar
• Detallara fokuslanma bacarığı,
• Təmkinli və səbrli olma xarakteri,
• Diqqətcil və dəqiqlik,

Texniki Bacarıqlar
• Rus dili üstünlükdür,
• MS Office biliyi,
• Sənədlərlər işləmə təcrübəsi,
• Telefonla danışıq bacarığı,

Digər tələblər:
• Yaş həddi 25-40 yaş arası,
• İnsanlarla iş təcrübəsi, idarəetmə təcrübəsi üstünlükdür,

İş şəraiti:
• Həftə içi hər gün 9.00 – 18.00,
• Şənbə 9.00 – 16.00,
• İş yeri – Ulduz m. st. ilə H.Ə. Prospekti arasında yerləşən ofisdə,
• Rəsmi qeydiyyat,

Subject: " TSM koordinator"
E-mail: [email protected]

Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən digər vakansiyalar