Texnoloq

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 14.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

www.aac.az

Texnoloq

İşin təsviri:

- İstehsalatın texnoloji hazırlığının və texniki cəhətdən yenidən qurulmasının təmin edilməsi;
- İstehsalın texnoloji rejiminin və texnoloji proseslərin avtomatlaşdırılmasının təmin edilməsi;
- Avadanlığın yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili planlarının tərtib edilməsi;
- İstehsalat gücünün və avadanlığın yüklənməsinin hesablanması;
- Texnoloji normativləri, təlimatları, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsinin və başqa texnoloji sənədlərin işlənib hazırlanması;
- İstehsal güclərinin vaxtlı-vaxtında istifadəsi, texnologiyanın təkmilləşdirilməsi üçün texniki təşkilati tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
- İstehsal texnologiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi;
- Texnoloji intizama riayət olunmasına və texnoloji avadanlığın düzgün istismarına nəzarət edilməsi;
- Material sərfinin azalmasına, məhsulun əmək tutumunun aşağı salınmasına, əmək məhsuldarlığının artırılmasına istiqamətlənmiş istehsalın səmərəliliyinin artırılması tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
- Məhsulun əməliyyatlar üzrə marşrutunu və işlərin yerinə yetirilməsi ardıcıllığının təyin edilməsi;
- Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərinin təhlil edilməsi, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin işlənib hazırlanması, eləcə də buraxılan məhsul barədə gələn narazılıqların araşdırılması;
- Məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkil edilməsi;

Namizədə tələblər:

- Təhsil: Ali (texniki)
- Ən azı bir xarici dil orta səviyyədə bilmək
- MS Office (Excell, Word,) kompüter proqramlarını yaxşı bilmək .
- Texnoloq sahəsində 3-5 il təcrübə

İş yerinin şərtləri:

- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı razılaşma əsasında
- İş yeri: Qaradağ ray, Səngəçal qəs.
- Iş rejimi 5 günlük/ saat (08:30-17:00)

Əlaqə üçün [email protected] ünvanına “Texnoloq” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.