Marketinq üzrə analitik

  • Mirlex Trading
  • Elanın qoyulma tarixi: 15.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur bölmə adı : Satış və Marketing
Tutduğu vəzifə : Marketinq üzrə analitik

Vəzifələri:

1. Marketinq və satış şöbəsinin lazımi məlumatlarla təmin edilməsi;
2. Marketinq fəaliyyətinin effektivliyinin hesablanması;
3. Portfeldə olan məhsulların xususiyyətlərinin öyrənilməsi, istehlakçıların məhsula olan tələbatının öyrənilməsi,çeşid- assortiment təhlilnin aparılması;
4. Satış proqnozunun, alış və istehsalat planlamalarının aparılması;
5. Xərclərin azaldılması üçün təkliflərin hazırlanması;
6. Satış, qalıq və defisit haqda operativ təhlillərin aparılması;
7. Məhsulun bazardaki vəziyyətinə nəzarət edilməsi (satış həcmi, təlabat və s.), istehlakcıların məhsula olan munasibətini təhlil və müəyyən edilməsi.;
8. Məhsula dair narazıçılıqların müəyyən edilməsi, məhsula olan tələb, məhsulda olan narazıcılıq və uyqunsuzluqları aradan qaldırılması və məhsula tələb olunan düzəliş olunması üçün bu haqda rəhbərə məlumat verilməsi;
9. Qiymət siyasətinə və rəgib brendlərə olan tələbatın araşdırılması, təhlilin aparılması və rəgabətli olmaq üçün təkliflər verilmasi;
10. Rəhbərliyə görülmüş işlər barədə həftəlik, aylıq və illik hesabatların verilməsi;

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;

İş yeri – Maştağa kəndi

E - mail : [email protected]

CV göndərərkən müraciət edilən vakansiyanın adının qeyd edilməsi mütləqdir. Vakansiyanın adı qeyd olunmayan CV-ə baxılmayacaq.