Mühasib

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 14.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Hal-hazırda “Melissa Group”da yeni vakansiya mövcuddur:

Vəzifə: Mühasib

İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri

Vəzifə təlimatları:

• Kommunal, qaraj və avtodayanacaq xidmətininin hesabatının aparılması;
• İşə qəbul olunmuş və xitam edilmiş işçilərin rəsmi əməkhaqqlarının hesablanması, məzuniyyət və son haqq-hesablarının, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərinin hesablanması;
• Vergi orqanlarındakı şəxsi hesab vərəqələrinə nəzarət edilməsi, hesablara elektron qaimələrin (görülmüş iş, göstərilmiş xidmət və s.) göndərilməsi, gələn qaimələrin yoxlanılması və zərurət yarandıqda rəsmi məktub yazaraq cavablandırılması;
• Bank əməliyyatlarının (mədaxil və məxaric orderlərinin) yazılması, bankın sahibkar hesablarına (cari hesaba) daxil olmuş mədaxillərin nağdlaşdırılması və kassaya mədaxil olunması, eynilə 1C proqramına işlənməsi;
• Avtodayanacaq xidmətinin (abunə kartları, şəxsi qarajların kartları və s.) kartların Parking proqramı sisteminə düzgün daxil edilməsinə nəzarət edilməsi, kartların düzgün qəbuluna və sistemdən xaric olunmasına nəzarət edilməsi;
• Qaraja aid olan mal-materialın 1C proqramında bölməsinə mədaxil edilməsi və ya silinməsi;
• İşə qəbul olunmuş işçilər üçün yeni əməkhaqqı kartlarının sifariş edilməsi, zərurət yarandıqda kartların blok olunmasının təşkil olunması, vaxtı bitən kartların dəyişdirilməsi, ləğv olunması, kartların sifariş olunması üçün banka tələb olunan sənədlərin yığılması, banka təhvil verilməsi, plastik kartın dəyərinin banka ödənilməsi, bankdan təhvil alınması;
• Mənzillərin çıxarışların alınması prosesində (bank, BTİ, notarius) sənədləşdirilmənin notariusda təsdiq etdirilməsi, etibarnamə xərcləri, bankda girovqoyma xərcləri, BTİ xərclərinin hesabatının sənədləşmə üzrə mütəxəssisdən alınması, xərclərə nəzarət olunması, hesabatlara uyğun olaraq çəkilən xərclərin 1C proqramına işlənməsi;
• 1C proqramında həftəlik balansın hesablarına (kassa, təhtəl şəxslərlə hesablaşmalar, əməkhaqqı, vergi, DSMF, divident hesablaşmalar, xərc və ya digər xərc) nəzarət olunması;
• İşə qəbul olunmuş işçilərin icbari sığorta ödənişlərinin ödənilməsi, icbari sığorta ilə bağlı bank əməliyyatlarına nəzarət olunması, zərurət yaranarsa, sığorta şirkətindən qaytarılacaq məbləğlərin geri qaytarılmasının təmin olunması, məbləğlərin qaytarılmasının izlənməsi;
• Həftəlik olaraq mühasibatlıq işlərini apardığı cari subhesablarına online nəzarət edilməsi;
• Aylıq kommunal öhdəliklərin (isti su, xidmət haqqı, yük pulu, sayğac və sənədləşmə) 1C proqramında aylıq olaraq yoxlanması, işlənməsi, bununla əlaqədar 1C-də satış hesablarına nəzarət edilməsi;
• Aylıq DSMF və vergi ödənişlərinin ödənilməsi;
• DSMF və vergi orqanlarına rüblük, illik hesabatlarının göndərilməsi, dəqiqləşmələrin verilməsi, aidiyyəti üzrə məktubların cavablandırılması;
• Kommunal xidmət üzrə aylıq gəlirlərinin 1C-də hesablanması, xərclərin göstərilməsi və mənfəətin balanslaşdırılması, müvafiq dövlət orqanlarına (vergi, DSMF, statistika, məşğulluq) və rəhbərliyə hesabatların təqdim olunması;
• Ayda 2 dəfədən az olmamaqla gəlir və xərclərin auditinin aparılması, hesabatların tərtib edilməsi, zərurət yarandıqda rəhbərliyə təqdim edilməsi;
• Məzuniyyətə çıxmış və ya xitam olunmuş işçilərin son haqq hesablarının, əməkhaqqılarının bank kartına köçürülməsi, əməkhaqqı kartlarına əməkhaqqıların mədaxil edilməsi, əməkhaqqı cədvəllərinin tərtib olunması, hesablanması, hesablanmış əməkhaqqının işçilərə verilməsinin təşkil olunması, əməkhaqqı üzrə ödəniş tapşırıqlarının yazılması;
• Məzuniyyətə çıxmış və işdən azad olunmuş işçilərin son haqq hesabının hesablanması və əməkhaqqı kartlarına mədaxil edilməsi;
• İşçilərinin əmək haqqılarının 1C proqramında hesablanması və ödənilməsi;
• İllik gəlirin təsisçilərlə hesablaşmaların aparılması;
• İllik vergi və DSMF hesabatlarının hazırlanması və göndərilməsi, ödənişlərinin həyata keçirilməsi;
• İllik vergi balansının MS Exceldə hazırlanması, vergi orqanının BTP proqramında (Əlavə1, Əlavə2) işlənməsi, vergi orqanına təqdim edilməsi;
• İllik vergi (əmlak vergisi, torpaq vergisi və s.) DSMF ödənişlərinin həyata keçirilməsi;

Namizədədairtələblər:

• Mühasibat uçotu və ya iqtisadi təhsilin bakalavr və ya magistr dərəcəsi;
• Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli(mükəmməl Excel bilikləri);
• 1C mühasibat proqramında 1 ildən az olmayan iş təcrübəsi;
• BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
• Analitik təhlil, proqnozlaşdırma bacarığı, operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• Yaş həddi: 23-35.

CV-lərinizi [email protected] ünvanına "mühasib" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi