Əsas vəsaitlər üzrə mühasib

İşin təsviri

Əsas vəsaitlər üzrə mühasib

MKT-İK MMC (Pambıq müəssisəsi) Əsas vəsaitlər üzrə Mühasib vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Müəssisənin əsas vəsaitlərinin və inventarlarını uçotunun təşkili və hərəkətinə nəzarət;
• Əsas vəsaitlərin 1C proqramında uçota alınması;
• Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyası, ildə 2 dəfə;
• CAPEX-lərin (Kapital qoyuluşları) nəzarəti və düzgün uçota alınması;
• Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə nəzarət;
• Amortizasiyaların hesablanması;
• Təmir xərcinin qanunvericiliyin normalarına uyğun hesablanması;
• Daxili və kənar auditlə qarşılıqlı işin qurulması.

Tələblər

• Maliyyə, mühasibat uçotu ixtisası üzrə Ali təhsil;
• Mühasib olaraq minimum 3 illik iş təcrübəsi.
• Analitik təhlil qabiliyyəti;
• Əsas vəsaitlər üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq bilikləri;
• MS Office proqramları bilikləri;
• 1C 8.3 proqramında işləmək bacarığı;
• Vaxtaşırı regionlara ezamiyyətə gedə bilmə imkanı;
• Sürücülük vəsiqəsi və avtomobil idarə edə bilmək;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları: CV–ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Əsas vəsaitlər üzrə mühasib” yazmaqla göndərilir.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar