Referent-katib

  • Azericard
  • Elanın qoyulma tarixi: 09.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosesinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Referent-katib

Vəzifəyə olan tələblər

• Ali təhsil;
• Rus dilini əla, ingilis dilini orta səviyyədə bilməli;
• Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanıb katiblik işinin təşkilini təcrübədə tətbiq etmək bacarığı;
• Kargüzarlıq işini bilməsi;
• Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktlarının bilməsi;
• Bu sahədə 1 (bir) illik iş təcrübəsinin olması.

Vəzifə öhdəlikləri

• Gələnlərin qeydiyyatını aparmaq;
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
• İşi qanunvericiliyə və Şirkətin daxili qaydalarına uyğun aparılmasını təmin etmək;
• Kargüzarlıq işini həyata keçirmək;
• Struktur bölmələrində kargüzarlığın aparılmasına nəzarət etmək;
• Şirkətin bütün iclaslarında və görüşlərində iştirak etmək, protokollaşdırılmasını həyata keçirmək;
• Hazırlanan sənədlərin keyfiyyətini yoxlamaq;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Referent-katib” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi