Direktor assistenti (Personal assistant)

İşin təsviri

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr;
  • Komputer bilikləri: MS Office (Word, Power Point, Excel )– yaxşı;
  • Dil bilikləri: Azərbaycan- Əla;
  • Minimum təcrübəsi: 3 il (müvafiq sahə üzrə);
  • Ehtiyac olduqda ezamiyyetə gedə bilməli.
  • Rus dili biliyi – Yaxşı.

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik və detallara diqqətlilik;
  • Yazılı və şifahi ünsiyyətlilik;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Komanda ilə işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Zamanın düzgün idarə edilməsi bacarıqları;
  • Planlaşdırma və problem həll etmə bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
  • Direktorun gündəliyinin tutulması;
  • İclasların təşkili və iclas protokolunun tərtib edilməsi;
  • Keçiriləcək qəbulların və iclasların keçirilməsi üçün zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, iştirakçıların qəbulların və iclasların tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək;
  • Email və telefon zənglərinin cavablandırılması;
  • Lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və hesabat hazırlamaq;
  • Səyahət və iş yeməkləri ilə bağlı yerlərin bron edilməsi;
  • Vakansiyaya uyğun digər vəzifə öhdəlikllərinin yerinə yetirilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı razılaşma əsasında;
  • Yemək şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş yeri:

Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A ( Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 )

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Direktor assistenti (Personal assistant)” yazmaqla göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.