Sex rəisi

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 07.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Sex rəisi

Vəzifə öhdəlikləri:

 Təhkim olduğu sex üzrə istehsal prosesinə rəhbərlik etmək;
 Xammalın qəbulu, saxlanılması və istehsal prosesinə istifadəyə verilməsi;
 İş icraçılarının işinə nəzarət etmək, qoyulan standartlara və həcmə uyğun malların istehsalını və qablaşdırılmasını, anbara təhvil verilməsini təmin etmək;
 Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılması, texniki qurğuların və texnoloji avadanlıqların texniki cəhətdən düzgün və səmərəli istifadə olunmasını təmin etmək;
 Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq;
 Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
 Aylıq qoyulan istehsal planını icra etmək;
 İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək.

Namizədə tələblər:

 Ali Təhsilli
 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi və kişi namizəd olması arzuolunandır;
 Yüksək idarəetmə və komanda da işləmək bacarığı;
 Problemləri həll edə bilmək və təkliflər vermək;
 Exel, Word proqramlarında işləmək bacarığı.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Əməkdaşın biliyinə, bacarığına və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək;
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
 İşçilərin daşınması üçün servis xidməti var. (20 Yanvar metrosu, Sumqayıt, Xırdalan)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.