Müştəri xidmətləri üzrə təmsilçi

  • Barattson
  • Elanın qoyulma tarixi: 01.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Barattson “Müştəri xidmətləri üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

- Müraciət və zəng edən müştərilərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat vermək;
- Təlimləri təşkil etmək və təlim cədvəlini hazırlamaq;
- Müəllim və tələbələrin davamiyyətinə nəzarət etmək və sistemə daxil etmək;
- Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
- Tələbə müqavilələri hazırlamaq və sistemə daxil etmək;
- Bölmənin və təşkilatın layihələrində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Əsas tələblər:

- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis dili- “intermediate” səviyyəsi. Rus dilini bilmək üstünlükdür.
- Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Word, Excel, Power Point yaxşı səviyyədə bilmək
- Müştəri xidmətləri sahəsində ən azı 3 ay iş təcrürbəsi

Şəxsi keyfiyyətlər:

- Xoş ünsiyyət
- Səlis nitq qabiliyyəti
- İşə məsuliyyətlə yanaşma
- Insanları inandırma bacarığı
- Gərgin iş şəraitində işləmək bacarığı

İş qrafiki : 6 iş günü
Əmək haqqı: 250 -300 AZN + bonus

Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Müştəri Xidmətləri üzrə təmsilçi”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-in son göndərilmə tarixi: 15 Oktyabr 2019 - cu il.

 

İşəgötürənin reytinqi