Texniki şöbənin rəisi

  • Cinema Plus
  • Elanın qoyulma tarixi: 29.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət CinemaPlus
Vəzifə  Texniki şöbənin rəisi

Vəzifə öhdəlikləri

1. Şöbənin işinin təşkili;
2. Bütün cari təmir, tikinti və profilaktik texniki qulluq planlamasını həyata keçirmək.
3. Planlaşdırılmış və plandan kənar təmir işlərinin həyata keçirilməsini təmin etmək.
4. Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək
5. Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək.
6. Şöbənin illik büdcəsinin hazırlanması və nəzarət.
7. Layihələrin nəzərdən keçirilməsi, razılaşdırılması və Layihələrin yerinə yetirilməsinə nəzarət;
8. Layihələrin və cari təmir-tikinti proseslərinin proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək.
9. Layihələrin yerinə yetirilməsi zaman ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək.
10. Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması. Aylıq hesabatların hazırlanması;
11. Plana əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək.
12. Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq.
13. İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
14. Muvafiq orqanlarla yazışmaların aparılması;
15. Gərəkən mal material təhcizatı qrafikinin hazırlanması va nəzarət;
16. Yerinə yetirilmiş işlərin ölçülməsi və muvafiq mal material silgisinin təşkili;
17. Yerinə yetirilmiş işlərin və bitmiş layihələrin texniki təhvil alınması;
18. Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
19. Tenderlərin texniki hissəsinin hazırlanması;
20. Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər etmək.

Tələb olunan səriştələr və vəzifəyə olan tələblər.  

- İnşaat və ya digər mühəndislik sahələri üzrə Ali təhsil;
- Müasir tikinti və texniki təhlükəsizlik standartlarını bilməli;
- İctimai iaşə, əyləncə və Sənaye obyektlərinin tikintisi üzrə ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərində əla səviyyədə danışıq və yazışma bacarığı;
- Ofis proqramları 3ds Max və AutoCAD-dan qabaqcıl səviyyədə istifadə etmək bacarığı;
- Tikinti, elektrik, havalandırma, su təchizatı və digər infrastruktur sxemlərini oxuya bilmək;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Qüvvədə olan tikinti və layihələndirmə normativlərini bilməli;
- Fikrini aydın yazılı və şifahi izah edə bilmək qabiliyyəti, stresə dözümlülük;
- Texniki həll verə bilmək bacarığı və analitik qabiliyyət;
- Yaxşı ünsiyyət qabiliyyəti və insanı keyfiyyətlər;

Yaş 35-55
Cins    Kişi
Maaş  Razılaşma ilə
İş qrafiki/ 5 Günlük. İsitrahət: şənbə, bazar 
Digər şərtlər  Günün istənilən vaxtında kinoteatrın fəaliyyəti ilə bağlı zənglərə və sorğulara cavab vermək imkanı, yaranan problemlərin dərhal həll olunması üçün tədbirlərin görülməsi.
Nahar şirkət hesabına
Gecə saatlarında iş yerinə və evə catdırılma şirkət hesabına.

HR menecer: Ceyhun Məmmədov  E-mail: [email protected]

QEYD: Xahiş olunur mailin mövzu(Тема) hissəsində “Texniki şöbənin rəisi” qeyd edəsiniz.