Kassir

  • Cinema Plus
  • Elanın qoyulma tarixi: 12.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bilet kassasının kassiri iş təlimatına əsasən Şirkətin müddəalarına və əsasnamələrinə müvafiq olaraq kino biletlərinin satışını həyata keçirir;
  • Qaydalara müvafiq olaraq bron və kino biletlərinin tərtibi üzrə əməliyyatlar aparır;
  • Ona etibar edilən maddi dəyərlərə qayğı ilə yanaşmaq. Azərbaycan Respublikası qanunvericiliyinin maddi məsuliyyət haqqında müqaviləsinə müvafiq olaraq maddi dəyərlərə görə məsuliyyət daşıyır. Etibar edilən pul vəsaitlərinin, biletlərin qorunmasını təmin etmək üçün tədbirlər həyata keçirir;
  • İş yerində təmizliyə və nizam-intizamı qaydalarına əməl edir;
  • İş yerini baş kassirin icazəsi, o olmadıqda isə inzibatçının icazəsi ilə tərk edir; 
  • Baş kassirin və inzibatçının xidməti tapşırıqlarını yerinə yetirir; 
  • Günün sonunda qalıq hesabatının hazırlanması;
  • Müştərilərə qarşı daim gülərüzlü olmaq;
  • Geyim formasına və şəxsi qiqiyena qaydalarına ciddi riayət etmək;
  • Iş rejiminə, iş qrafikinə və daxili intizam qaydalarına ciddi riayət etmək;
  • Iş yerini təmiz saxlamaq.

Vəzifəyə olan tələblər:

  • Ali və ya orta-texniki təhsilli.
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
  • Pul və digər qiymətli kağızlarla (bilet və s.) davranma bacarığı
  • Yüksək riyazi hesablama qabiliyyətli
  • Ünsiyyətcil, problemli situasiyalardan çevik çıxmaq qabiliyyəti
  • Gülərüz, hər cür konfliktdən qaçan
  • Yaş: 18-35

Maaş: 420 AZN (Net)

İş qrafiki:

  • 6 Günlük, İş vaxtı: 8 saat, nahar: 1 saat 
  • 09:00-dan 18:00-dək 
  • 10:00-dan 19:00-dək 
  • 12:00-dan 21:00-dək 
  • 14:00-dan 23:00-dək

 

Şöbə : “Gənclik Mall”, “Dəniz Mall”.

Digər şərtlər :“COVİD” Pasport olması vacibdir

QEYD: Xahiş olunur mailin mövzu hissəsində “kassir” və ya namizəd olduğunuz digər vəzifəni qeyd edəsiniz.

Email: [email protected]