Tələbələrlə iş üzrə koordinator

  • Code Academy
  • Elanın qoyulma tarixi: 25.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris
müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin
potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki
vərdişlərlə təmin etməkdir.
Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara
biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət
rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli
mütəxəssislər yetişdirir.
Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda
daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Vakansiya: Tələbələrlə iş üzrə koordinator

İşin təsviri:

- Tədris qruplarının başlamasının/bitməsinin təşkili
- Tələbə məmnunluğu sorğularının təşkili, keçirilməsi və analizi
- Tələbələrin dərsə davamiyyətinə nəzarət
- Davamlı şəkildə tələbələrlə görüşlərin keçirilməsi
- Tələbələrin fərdi müraciətlərini qəbul etmək, analiz edib geri dönüş etmək
- Qrup dəyişimlərinin təşkili
- Tələbələrin xitam müraciətlərinə baxış
- Tələbələr üçün əlavə məşğələ saatlarının təşkili
- Rəy və arayış müraciətlərinin cavablandırılmasının təşkili
- Tədrislərə mentor seçimində iştirak, mentorların fəaliyyətinə nəzarət, aylıq hesabatların
toplanması, mentor iclaslarının təşkili
- Final layihə təqdimatlarının təşkili, nəticələrin müəllimlərdən toplanması
- Zəmanətli təhsilə yazılmaq istəyən tələbələrin qeydiyyatının aparılması

Görmək istədiyimiz bilik və bacarıqlar

- Tələbələrlə iş üzrə minimum 1 il təcrübə
- 25-35 yaş aralığında namizədlər
- İnsanlarla ünsiyyətin psixologiyasını və prinsiplərini yaxşı bilmək, insanları analiz edib
tanıma bacarığı
- Tələbələrə fərdi yanaşma bacarığı
- Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar
- Valideynlərlə işləməyi bacarmaq
- Aktiv dinləmə bacarıqları
- Komanda şəklində işləmək qabiliyyəti
- Güclü analitik düşünmə qabiliyyəti
- Konfliktləri, problemləri həlletmə və operativlik bacarığı
- Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
- Səbrli olmaq, nəzarətsiz və stres altında işləməyi bacarmaq
- Tələbələri motivasiya etmə bacarığı
- Yeni proyektlər və ideyalar verə bilmək, mövcud layihələri inkişaf etdirmək
- Müsahibələr keçirmə bacarığı
- Təqdimat etmə, kütlə qarşısında çıxış etmə bacarığı
- Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək
- MS Office proqramlarında yaxşı işləmə bacarığı

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
- Kompyuter, mobil telefon və korporativ nömrə
- Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda
vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini
(email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir
paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə
əlaqə saxlanılacaq.