Mexanik

İşin təsviri

İşəgötürən: “Caspian Services Group” MMC

Vəzifə: Mexanik  (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli  qaldırıcılar və s.)

Cins: Kişi

İş rejimi: Tam

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

Xəritədə yeri: Ətraflı bu keçiddə

Web:   www.caspianservices.az

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir
• İstirahət: Bazar günü
• İcbari  sığorta
• Mehriban kollektiv

Mexanikə aid tələblər:

• Orta ixtisas və ya ali texniki təhsil;
• Dil bilikləri:  Azərbaycan, rus, ingilis dili – yaxşı səviyyədə
• Bu sahə üzrə  2-3 il iş təcrübəsi olmalıdır;
• Sahə üzrə biliklərə və praktik bacarıqlara malik olmalıdır;
• Analoji peşə üzrə kurslar;
• Bu sahə üzrə sertifikatı olmalıdır;
• Sürücülük vəsiqəsi olmalıdır;
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer;
• Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
• Tək və komandada işləmə bacarığı olmalı;
• Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

Mexanik bilməlidir:

• Elektron avtokataloqları mütləq bilmək;
• Xüsusi texnikanın quruluşunu bilmək;
• Xüsusi texnikanın iş prinsipini bilmək;
• Xüsusi texnikanın konstruktiv xüsusiyətlərini bilmək;
• Xüsusi texnikanın alətlərini tanımalı və onlarla işləmə qaydalarını bilmək;
• Hissə, birləşmə, qurğu və cihazların sökülməsi, qüsurlanması və təmir qaydalarını, təhlükəsizlik texnikası qaydalarını;
• Aşınmış hissələrin bərpa üsullarını bilmək;
• Təmirdən sonra hissə, mexanizm və avadanlıqların sınağdan keçirilməsi, tənzimlənməsinin və qəbul edilməsinin texniki şərtlərini bilmək;
• Buraxılış, enmə və dəqiqliyin tiplərini bilmək;
• Xüsusi qurğuların və nəzarət ölçü alətlərinin quruluşunu və onlardan istifadə üsullarını bilmək;
• Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.

Vəzifə öhdəlikləri:

• Vəzifə təlimatını, SƏTƏM , İR, Servis və şirkət qaydalarını bilməlidir;
• Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
• Yanğın söndürmə vasitələrinin yerini bilmək və onlardan istifadə etməyi bacarmaq;
• Şirkət tərəfindən təyin edilmiş və verilmiş xüsusi geyimdə (iş paltarı, əlcək, dəbilqə və s.) işləmək, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və  mühafizə vasitələrindən səmərəli və düzgün istifadə etməli;
• Servis tələblərini tərtib etməlidir;
• Cari servis vaxtlarının planlaşdırılması;
• Daxili/xarici təlimlərdə iştirak etməli;
• Gündəlik baxışları keçirməli;
• Alətlərin, yardımçı vasitələrin və mühafizə vasitələrinin olmasını, onların sazlığını yoxlamalı;
• Alətləri istifadə üçün rahat olan qaydada yerləşdirməlidir;
• Sökülmüş detalları stolun və ya verstakın üzərinə sökülmə sırası ilə düzməlidir;
• Saz alətlərdən təyinatı üzrə istifadə etməlidir;
• Nasaz alətlərdən istifadə etməməlidir!;
• Nasaz alətləri aidiyyatı şöbəyə təhvil verməli, yeni lazım olan alətləri isə aidiyyatı şöbədən alınmasını təmin etməlidir.
• Xüsusi texnika vasitələrinin diaqnostikasını və profilaktikasını aparmaq və qüsurları aşkar etmək;
• Söküntüdən  və yuyulmadan sonra zay detalları ayırmaq, zərurət olduqda detalları mexanik kimi hazırlamaq, detalları və hissələri balansirovka etmək;
• İstehsalçı zavodun texniki şərtlərinə və digər rəhbər materiallara uyğun olaraq xüsusi texnika vasitələrinin hissə və mexanizmlərinin sökülməsi, təmiri və yığılması üzrə işləri yerinə yetirmək;
• Rəsmiləşdirilmiş sifariş-naryada əsasən, ehtiyat hissələrinin, aqreqat və avadanlıqların quraşdırılması, tənzimlənməsi və ehtiyat hissələrinin dəyişdirilməsi üzrə işləri yerinə yetirmək;
• Diaqnostika zamanı aşkar edilmiş qüsur və nasazlıqları menecer ilə razılaşdırmaqla aradan qaldırmaq;
• İşlərin keyfiyyətlə yerinə yetirilməsini təmin etmək, sazlamanın üsul və metoduna zəruri düzəlişlər etmək;
• Təmirin və avadanlıqların bərpasının proqressiv metodlarının tətbiqi üzrə işlərdə, həmçinin avadanlıqların xidmət müddətlərinin artırılması, azaldılması, qəzalar və istehsalat zədələri barədə xəbərdarlıqların edilməsi üzrə tədbirlərdə iştirak etmək;
• İş ilə bağlı ezamiyyətlərə getməli və bununla  bağlı bütün zəruri sənədləri İR və Mühasibatlıq şöbəsinə çatdırılmalı;
• Ezam və ya servis xidməti zaman anbardardan xususi alətləri təhvil almalı və qayıdan zaman təhvil verməli, bununla bağlı sənədləri imzalamalıdır;
• Pick up və digər avtomobil ilə ezamiyyət və ya servisə getdiyi zaman yanacaq kartını unutmamalı, idarə etdiyi avtomobilin idarə edilməsinə dair  etibarnaməni unutmamalı, yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməli;
• Servis, ezam edildiyi vaxt  universal alət dəsti tam hazır olmalı, iş zamanı zərurət yarandığı vaxtı hər hansı bir ehtiyat hissələrin çatışmazlığı ilə bağlı meneceri məlumatlandırmalı və olduğu ünvanına çatdırılmasını tələb etməli; Alətləri və digər yardımçı vasitələri düzgün kuzova yerləşdirməli;
• Ezam olunduğu, Servis xidməti göstərilən bölgələrdə xüsusi texnikaların nasazlıqlarının tez bir zamanda yüksək keyfiyyətlə aradan qaldırılmasını təmin etməli;
• Müştərilərin  tələblərini vaxtında yerinə yetirməli; müştərilərin telefon zənglərinə cavab verməli və sorğularını cavablandırmalı; Texnika ilə bağlı bütün problemlər haqqında  menecerə xəbər verməlidir;
• Görülən işlər barədə hesabatlar təqdim etməli;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.

Qeyd:

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Mexanik göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Caspian Services Group tərəfindən digər vakansiyalar