Korporativ satış üzrə mütəxəssis

  • TURAN MMC
  • Elanın qoyulma tarixi: 22.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TURAN MMC şirkəti 20 ildən artıqdır ki, Ağır yük avtomobilləri üçün yağlar,həmçinin sənaye sektorundakı istifadə edilən Castrol və BP yağlarının rəsmi distribyuteridir. Bu muddət ərzində sirkətimiz  ölkənin dövlət və özəl sektorunda olan bir çox önəmli şirkətləri ilə uğurlu iş birliyi yaratmışdır. Öz iş fəaliyyətini genişləndirmək məqsədi ilə şirkət mövcud sektorlarda korporativ müştərilərlə davamlı çalışacaq Ofis meneceri vakansiyası üzrə müsabiqə elan edir.

Vəzifə: Korporativ satış üzrə mütəxəssis

İşin təsviri:

Satışların artırılması və  rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinə çatmaq;
Satış strategiyasının hazırlanması və icrasına nəzarət;
Yeni müştərilərin cəlb olunması və onlarla işləmə bacarığı
Satış, gəlir və xərc hesabatları rəhbərliyə təqdim etmək;
Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması və buna uyğun məhsul və qiymət strategiyası tətbiq etmək, korporativ satış planının tərtib edilməsi;

Namizadə dair tələblər:

Ali təhsil (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Texniki Universitetinin məzunlarına üstünlük veriləcək);
İş təcrübəsi 3-5 il avtomobil və texnika sektorunda;
B kateqoriyası üzrə sürücülük vəsiqəsi;
MS Office proqramlarından istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan dili-əla  Rus dili-əla ;İnglis dili-(arzuolunandır)
Biznesin anlaşılması və sektoru təhlil etmək bacarığı;
Qoyulmuş plan və məqsədlərə nail olmaq bacarığı;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və hədəf yönlü olmalı

İş şəraiti:

Həftədə içi 5 iş günü, şənbə günü (qısaldılmış);
Nahar şirkət tərəfindən verilir;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Nəqliyyat vasitəsilə təminat;
Korporativ nömrə ilə təmin olunma;
Biliklərin artırılması məqsədilə ölkə daxilində və xaricdə texniki treninqlər;

Əmək haqqı: 1000 azn + satışdan bonus
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.