Texniki Menecer

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 17.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sizdən nə istəyirik:

- Müştərilərlə müştəri məmnuniyyəti prinsipi əsasında ünsiyyət prossesinin təşkili;
- Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının müəyyən olunması və zəruri tikinti materiallarının siyahı şəklində təchizat şöbəsinə yönləndirilməsi;
- Görülən işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi;
- Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
- Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarətin olunması;
- Binanın mövcud nasosxana qurğularında yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması

Əgər siz:

- Ali təhsilli (müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
- Analoji sahədə minimum 3 il iş təcrübəsinə malik;
- 25-40 yaş aralığında;
- Müəssisənin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və hesablama qaydasını bilmək;
- Elektrik, santexnika və havalandırma sistemləri sahəsina aid biliklərə sahib olmaq;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib;
- Təzyiq altında işləmə bacarığı

Keyfiyyətlərinə sahibsinizsə…

Biz sizin müraciətinizi gözləyirik!

- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:00-13:00;
- Əmək haqqı: İlkin olaraq 1000 AZN.

Öz CV-nizi başlıqda «Texniki Menecer» yazaraq [email protected] e-mailinə göndərə bilərsiniz.

İşəgötürənin reytinqi