Avtoyuyucu

  • Elanın qoyulma tarixi: 17.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Avtoyuyucu

İş yeri: Bakı şəhəri Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il
Yaş: 20-45

İşin Təsviri: Avtonəqliyyat vasitələrinin yuyulması və təmizlənməsini həyata keçirir.

Vəzifə öhdəlikləri:

- Avtonəqliyyat vasitələrini qrafika uyğun yuyulmasını təmin etmək;
- Şirkətə məxsus avtonəqliyyat vasitələrinin təmiz vəziyyətdə işə çıxmasını təmin etmək;
- İşlətdiyi yuyucu aparata müəyyən vaxt aralıqlarında baxış keçirmək və onun saz vəziyyətdə qalmasını təmin etmək;
- İşlədiyi ərazidə təmizliyə riayət etmək, yuyucu kanalların təmiz qalmasını təmin etmək;
- Avtonəqliyyat vasitələrini yumaq va silmək üçün lazım olan məişət əşyalarının təmin edilməsi ilə bağlı mexanikə va ya şöbə müdirinin müavininə müraciət etmək;
- Təyin olunmuş vaxtda işə gəlmək və iş saatlarında səmərəli fəaliyyət göstərmək;
- Əməyin mühafizəsi, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər göstərişləri vaxtında və düzgün qaydada yerinə yetirmək;
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
- Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək,subordinasiya və etika qaydalarına riayət etmək.

Tələblər:

- Diqqətli və dürüst olmaq;
- Ünsiyətcil;
- Avadanlıqlardan istifadə etmə bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqavilsəi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Avtoyuyucu” yazıb CV göndərməklə müraciət edilir.