Avtomobil servisi üzrə menecer

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 18.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

  • Təşkilat, professionalizm və heyət nöqteyi nəzərindən ona tabe olan sahənin idarə edilməsi  və monitorinqinin (işə nəzarət edilməsi və nəticələrin təhlili) aparılması
  • Şöbənin inkişafı və şöbədə baş verən qeyri-tipik hadisələr barədə müntəzəm və fövqəladə məlumatların təqdim edilməsi
  • Səlahiyyətə müvafiq olaraq qərarların qəbul edilməsi
  • Həvalə edilmiş şöbənin nəzarət və müşahidə altında saxlanılması
  • Servisin strateji və əməliyyat planlarının hazırlanmasında yaxından iştirak edilməsi və strateji plan qrupunun zəruri məlumatlarla təmin edilməsi
  • Müəssisənin servislə əlaqəli strategiyasının və büdcəsinin işlənib hazırlanmasında, servis siyasətinin  həyata keçirilməsi üçün əməliyyat planlarını hazırlayıb strategiya qrupunun müzakirəsinə təqdim edilməsi
  • Servis üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
  • Servis performansının yoxlanılması (günlük işlərin və məhsuldarlıq səviyyəsinin yoxlanılması, qarantiya sənədləri və hesabatlar, anket araşdırması və s.)
  • Vəzifə təlimatlarına və servis hədəflərinə əsaslanaraq işçilərin performanslarının qiymətləndirilməsində iştirak edilməsi
  • Müştəri şikayətləri ilə məşğul olması, maraqlanması
  • Servis üçün ehtiyac olan yeni alət və ləvazimat ehtiyacını müəyyənləşdirmək

Tələblər:

  • Biznes və ya digər əlaqədar sahələr üzrə ali təhsil;
  • Əlaqədar sahə üzrə ən azı 5 il idarəetmə təcrübəsi;
  • Xarici dil biliyi (İngilis, Rus)
  • MS Office və ERP proqramlarından istifadə 
  • Müxtəlif marka və növ (model) avtomobillər haqqında ümumi məlumat 
  • Avtomobilin satış və satış sonrası xidmət prosesi haqqında məlumat
  • Planlaşdırma, koordinasiya və idarəetmə qabiliyyəti
  • Müştəri məmnuniyyətinin təmin edilə bilməsi üçün müştəri xidmət standartlarının təşkilini və nəzarətini bilməli
  • Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü, idarəedici;

Əmək şəraiti:

  • 6 günlük iş rejimi;
  • Əmək haqqı –  Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə  CV-nizi "Avtomobil servisi üzrə menecer" başlığı ilə e-mail ünvanına göndərə bilərsiniz.