Pharmacy Sales Representative

  • Bioderma
  • Elanın qoyulma tarixi: 11.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hakkımızda

Baş ofisi Fransanın Lyon şəhərində yerləşən BIODERMA Dermatoloji Laboratoriyası dermatoloqlar və institusional tədqiqat mərkəzləri (INSERM, CHU, Universitetlər) ilə birlikdə 1977-ci ildən bəri tibbi təlimat və məsləhət üçün məhsullar hazırlayır və təklif edir.

BIODERMA, Fransız dermatoloqları tərəfindən ən çox məsləhət görülən brendlərdən biridir. Dünyanın 90-dan çox ölkəsində satılan

BIODERMA, Azərbaycan bazarındakı payını yeni distribyutoru ilə birlikdə dünya bazarına paralel olaraq genişləndirməyə davam edir.

Bioderma Pharmacy Sales Representative

İşin təsviri və tələblər

• Universitet məzunu,
• Aptek satış sektorunda reseptsiz məhsulların (OTC) və ya dermokosmetika / kosmetik məhsulların satışında minimum 3 il iş təcrübəli,
• Sürücü vəsiqəsi olmalı ve aktiv avtomobil sürməyi bacarmalı,
• Səyahət edə bilən (Səyahət planına əsasən digər şəhərlərə gedə bilməli),
• Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini və Türk dilini bilmək tərcih olunur.
• Komanda ilə işləmə bacarığı olmalı,
• Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
• Müştərilərlə gözəl ünsiyyət qurmalı və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməli,
• Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olmalı

Vəzifələr

• Cavabdeh olduğu Aptekləri müntəzəm ziyarət etmək, sifariş almaq və aylıq satış hədəflərini həyata keçirmək,
• Portfelə yeni aptek dilerlərinin daxil etmək,
• Apteklerin ehtiyacı olan təlimləri analiz etmək,
• Apteklərdə rəflərin təşkili və məhsulların nümayişlərini hazırlamaq, əlavə nümayiş sahələri yaratmaqla brendin strategiyasını dəstəkləmək,
• Apteklərdə müştərilərə satışların artırılmasından cavabdeh olmaq və satış rəqəmlərini mütəmadi olaraq izləmək,
• Aptek daxilində təlimlər təşkil edərək aptekdə çalışan işçilərin təlimi və inkişafını izləmək,
• Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.

İş şərtləri:

- 6 günlük iş norması (bazar istirahət günü)
- İş vaxtı : 09:00 – 18:00
- Nahar yeməyi
- Aktiv istifadə edəcəyi Avtomobil

Əmək haqqı : 800-1200 AZN və əlavə satışa müvafiq Bonus

Telefon : 0505986267

E - mail : [email protected]