Mühasib

  • Levata Group
  • Elanın qoyulma tarixi: 05.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

Vəzifə öhdəlikləri:

- Şirkətin vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
- Mal-materialların uçotunun aparılması;
- İşçilərin əmək haqqlarının hesablanması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Tələblər

- Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
- MS Office proqramları üzrə biliklər, 1C proqramında işləmək bacarığı;
- İnternet Banking vasitəsilə online ödənişləri həyata keçirmə bacarığı;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı

İş şəraiti:

Əmək haqqı : 1000 AZN.

- İş qrafiki: 10:00-19:00, həftənin bazar ertəsi – cümə günləri; 11:00-15:00 şənbə günləri;
- İstirahət günü: bazar günləri
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.

E - mail : [email protected]