Levata Group


LEVATA GROUP şirkəti öz fəaliyyətini 2006-cı ildən başlayaraq aparır. Bu gün şirkət Bakıda Ant Hill, Faro və Vitrage kimi multi-brend, həmçinin Pandora və Montegrappa kimi konseptual mağazalar ilə təqdim olunur. Şirkət lüks aksesuarların, klassik və dizayner zərgərlik məmulatlarının satışı üzrə ixtisaslaşmışdır.

Peşəkar xidmət səviyyəsi və müxtəlif qiymətli geniş çeşid imkanı LEVATA GROUP şirkətinə məxsus mağazaları fərqləndirən amillərdir. 

LEVATA GROUP Magerit, Favero, Giorgio Visconti, Claudio Fiorentino, Penny Preville, Parla, Montegrappa, Alcozer&J, Pandora, Nomination, Tous, Rebecca, Vintage in Villa, Dueci Bijoux kimi tanınmış zərgərlik brendləri ilə əməkdaşlıq edir. Sadalanmış brendlər ilə yanaşı şirkət  Selvi, Hokuma Jewellery və Dastan kimi milli layihələrin təqdimatına xüsusi diqqət yetirir.