İşçi Kafeteriyasının Baş Aşpazı

İşin təsviri

Vəzifə: İşçi Kafeteriyasının Baş Aşpazı

Baku Hospitality Group öz əməkdaşlarının kafeteriyası üçün, komandasının ayrılmaz hissəsi olacaq bir Baş aşpaz axtarışındadır

Vəzifə təlimatı:

İşçi Kafeteriyasının baş aşpazı, kafeteriya aşpazlarını idarə etməli və əməkdaşlara yüksək səviyyədə yemək hazırlanmasını təmin etməlidir.

Yüksək standartları təmin etmək üçün İşçi Kafeteriyası aşpazının gündəlik vəzifələri:

- İşçilərin iş vaxtı qidalanması üçün menyu tərtib etmək və işçi yeməyinin düzgün porsiyalara bölünməsinə nəzarət etmək;
- Yeməklərin kafeteriya reseptlərinə uyğun hazırlanıb təqdim olmasını təmin etmək;
- Kafeteriya üçün həftəlik menyu hazırlanması, hazır menyular üçün bütün hazırlıq işlərinin görülməsini təmin etmək;
- Kafeteriya komandasının yığılması və müvafiq təlimlərin keçirilməsi;
- Kafeteriya üçün bazar siyahısını hazırlamaq və alınan mallara nəzarət etmək;
- Əməkdaşlar üçün təşkil olunan xüsusi tədbirlərə hazır olmaq və lazım gəldikdə menyu tərtib etmək;
- Qida anbarı və yeməkxana mətbəxinə aid avadanlıqlarının düzgün və sanitariya qaydalarına uyğun saxlanılmasına nəzarət etmək.
- Kafeteriyanın xərcləri və qiymətinə nəzarət etmək;
- Yeməq qalıqlarından səmərəli istifadə və tullantılara nəzarət etmək.
- Kafeteriyada qidalnan əməkdaşlarla positiv münasibət qurmaq;
- SƏTƏM qaydaları haqda məlumatlı olmaq.

Tələblər:

İşçi Kafeteriyasının baş aşpazı aşağıda göstərdiyimiz davranış və bacarıqlara, dəyərlərə malik olmalıdır:

Qida Gigiyenasına aid münasib bilikləri;
İdarəçilik təcrübəsi;
Böyük kütlələr üçün yemək hazırlamaq təcrübəsi;
Həftə sonları, günorta və axşamlar daxil olmaqla müxtəlif növbələrdə işləmək imkanı;
Pozitiv münasibət və ünsiyyət qurmaq bacarıqları;
Həm təkbaşına, həm komandada işləmək bacarığı;

İş Ərizəsini [email protected] ünvanına göndərin
Sualınızı 0512259815 ünvanlaya bilərsiz
E-mail yazarkən mövzunu “EC Chef” göstərmənizi xahiş ediri. Mövzusuz İş Ərizələrinə baxılmayacaq