Kabel zavodu, Dülgər

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Taxta barabanların hazırlanması, yığılması, müvafiq ölçülərin dəqiq hesabatının aparılması;
• Taxtaların seçimi, əl mişarı, laqunda, lentli mişar, rəndə və digər dülgər və digər dülgər alətləri ilə işləmə bacarığı;
• Sex və sahə rəisinin verdiyi tapşırıqları vaxtında dəqiq yerinə yetirməli;
• Texniki təhlükəsizlik qaydaları, nizam intizam qaydalarına əməl etmək bacarığı;
• Hazır məhsul və yarımfabrikatları sahə rəisinə (növbə ustasına) təqdim edir;
• İş yerini, dəzgahları və işlədiyi ərazini təmiz saxlayır;

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• İstehsalat sahəsində ən az 2 il iş təcrübəsi;
• Avadanlıqlarla iş bacarığı

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• Növbəli iş qrafiki;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Dülgər” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.