Vəzifənin adı: Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis
Dərs Evi Tədris Mərkəzi özünə və peşəkarlıq qabiliyyətinə güvənən, beynəlxalq iş mühitində işləmək və davamlı inkişaf etmək istəyən namizədlər axtarışındadır.
Tələblərimiz:
• MS Word proqramını mükəmməl bilmə. Math type proqramı ilə işləyə bilmək arzuolunandır;
• Səhifələmə sahəsində təcrübə üstünlük təşkil edir;
• Azərbaycan və rus dillərində olan mətnlərlə peşəkar işləmə bacarığı;
• Komandada işləmə bacarığı;
• Dəqiqlik və detallara fikir vermə bacarığı;
Əsas öhdəliklər:
• Müxtəlif tədris, test materiallarının və mətnlərin göstərilmiş standartlara uyğun olmaqla səhifələnməsi;
• Səhifələnmiş materiallara düzəliş edilməsi, şirkətdaxili standartlara uyğunlaşdırılması, korreksiya edilməsi, yoxlanılması və çap üçün hazırlanması;
• Səhifələnmiş materialların sistemləşdirilmiş arxivinin aparılması;
• Mərkəzləşdirilmiş imtahan nəticələrinin avtomatlaşdırılmış qaydada yoxlanmasının həyata keçirilməsi.
Necə müraciət etməli:
Rezümelərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu sətrində “Səhifələmə üzrə mütəxəssis” vəzifəsini göstərməyi unutmayın.
Son tarix: 30 sentyabr 2019-cu il.