Vakansiyanın adı: İnsan Resursları üzrə mütəxəssis (İmişi r-u)
İş haqqında məlumat:
- İşçilərin ilkin işə qəbul sənədlərinin toplanması, əmək müqavilələrinin hazırlanması və (www.e-gov.az) sisteminə daxil edilməsi;
- Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
- Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Əmək kitabçalarına qeydiyyatın aparılması ;
Namizədə aid tələblər:
- Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
- İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi ;
İş yeri:
İş yeri daimi olaraq İmişli rayonunda olacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər.