Klassik Mebel Ustası

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 26.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Klassik Mebel Ustası

Vəzifə öhdəlikləri:

 İstehsal həcminə görə məhsul istehsalının planlaşdırılması
 Məhsulu istehsal texnologiyasına və texniki şərtlərinə görə istehsalını təmin etmək
 Yeni çeşitlərlə bağlı təkliflər vermək
 Sexdəki operatorların işini düzgün görməsinə nəzarət etmək

Namizədə tələblər:

 Ali ve ya orta təhsilli
 Mebel istehsalı sahəsində 3 -5 il təcrübə
 İstehsal texnologiyası ve texniki şərtləri bilməli

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı:Namizədin təcrübəsi, əl işlərinə görə müəyyən ediləcək;
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mebel Ustası” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.