Elektrik Mühəndisi

  • Avrora
  • Elanın qoyulma tarixi: 13.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Avrora MMC Elektrik Mühəndisliyi vakansiyası elan edir:

Vəzifə və öhdəliklər:

- İstehsalat və Tikinti sahəsində Elektrik layihələrinin işlənməsi və yoxlanılması;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
- Müvafiq sənədləşmə işlərinin aparılması;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

Vakansiya ilə bağlı tələblər:

- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
- Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.) ;
- Diqqətli,çevik və məsuliyyətli olmaq;
- Kollektivdə işləmək bacarığı;

Maaş: ilkin 1000-1500 AZN

Qeyd: Göstərilən performans bəyənilsə, İşçinin vəzifəsi qaldırılıb İstehsalat və digər ərazilərdə Ərazi üzrə Elektrik Mühəndisliyi vəzifəsi veriləcək.

Şərtlər:

İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00

• Nahar şirkət tərəfindən verilir.
• İşçi servis tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik Mühəndisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi