Mühasib

  • Enginet
  • Elanın qoyulma tarixi: 07.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

IT xidmətləri bazarında çoxfunksiyalı şirkət olan “ENGINET” şirkəti Azərbaycan İKT və telekommunikasiya xidmətləri bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşır.

ENGINET” şirkəti eyni zamanda “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. BİRLink FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.

Mühasib.

Vəzifə öhdəlikləri:

1. Təhvil-təslim aktlarının və ödəmə hesabatlarının hazırlanması və müştərilərə təqdim edilməsi;
2. Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasının və imzalanmasının təşkil edilməsi;
3. Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
4. Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
5. Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
6. Daxili hesabatlarin, bank sənədlərinin proqram bazasına işlənməsi;

Vəzifəyə olan tələblər:

Təhsil : Ali təhsil (iqtisadi)
Staj : Ən azı 3 il iş təcrübəsi
Dil biliyi : Azərbaycan/ rus dillərini bilmək
Kompyuter biliyi : MS Office proqramları
Xüsusi proqramlar : 1C; Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək
Digər biliklər : Vergi uçotu üzrə və mühasibatlıqla bağlı yerli qanunvericilik haqda
Xasiyyət xüsusiyyətləri : İdarəetmə bacarığı, komandada işləmək bacarığı

İş qrafiki: 5 gün
İş saatı: 09:00-18:00
İstirahət günləri: Şənbə, Bazar günü

E - mail : [email protected]

İşəgötürənin reytinqi