Qəza komissarı (Şəki regionu üzrə)

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 07.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Qəza komissarı (Şəki regionu üzrə)

Namizədə tələblər:

• Yaş: 25-40
• Cinsi: kişi
• Təhsil:Orta
• İş təcrübəsi: Müvafiq sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla),Rus dili (orta)
• Microsoft Office (Word, Excel, Power Point) proqramlarını,İnternet Explorer-dən istifadə qaydalarını;
• B kateqoriyalı sürücülük vəsiqəsi olmalı
• Mütləq şəxsi avtomobili olmalı
• Namizədin yaşayış yeri: Şəki şəhəri

Əsas vəzifə öhdəlikləri:

• Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
• Hadisənin foto və video çəkilişlərini aparmaq
• Hadisəni rəsmiləşdirmək
• Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
• Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
• Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
• Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
• Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
• Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
• Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
• İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
• Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
• Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir

Şəxsi keyfiyyətlər:

• Məsuliyyətli
• Stressə davamlı
• Avtomobilin texniki hissələri haqda anlayışın olması
• Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışı olan

İş şərtləri:

• Əmək haqqı 450 AZN
• Yanacaq pulu verilir

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilərlər
(məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir )