Mühafizə-rejim və əməyin təhlükəsizliyi şöbəsinə Mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 07.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri Təhlükəsizlik departamentinin Mühafizə-rejim və əməyin təhlükəsizliyi şöbəsinə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

• Proqram təminatı vasitəsilə nəzarət-buraxılış işinin təşkil edilməsi;
• Keçid kartları üzrə buraxılış hüquqlarının verilməsi;
• Bankın digər strukturlarından buraxılış məsələləri ilə bağlı daxil olan sorğuların cavablandırılması;
• Dövri hesabatların hazırlanması;
• Departamentin digər işlərində dəstək göstərilməsi;
• Məxfiçilik qaydalarına ciddi riayət olunması.

Tələblər :

• Ali təhsil;
• Təhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (Bank təhlükəsizliyi sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir)
• Nəzarət-buraxılış sistemi proqram təminatlarında iş təcrübəsi (“WIN-PAK” və “Anviz” proqram təminatlarında iş təcrübəsi olanlara üstünlük veriləcəkdir).
• Excell proqram təminatında hesabatların hazırlanması bacarığı;
• Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili olanlara üstünlük veriləcəkdir)
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Məsuliyyətlilik , detallara qarşı diqqətlilik;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Mühafizə-rejim və əməyin təhlükəsizliyi şöbəsinə Mütəxəssis " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşəgötürənin reytinqi